TÜRK-COSE 2023 Səhifəmizə Xoş Gəlmisiniz!


 

TÜRK-COSE 2023 Səhifəmizə Xoş Gəlmisiniz!

 

 

http://www.ohu.edu.tr/turk-cose-tr

http://www.ohu.edu.tr/turk-cose-kg

https://www.ohu.edu.tr/turk-cose-az

http://www.ohu.edu.tr/turk-cose-kz

http://www.ohu.edu.tr/turk-cose-en


 

 

Qırğızıstanın Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Azərbaycanın Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin (NOHU) təşkilatçılığı ilə 15–17 sentyabr 2023-cü il tarixlərində Qırğızıstan-Türkiyə Manas Universitetində ÜZ-ÜZƏ + ONLAYN formatda V-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresi TÜRK-COSE 2023, keçiriləcəkdir. TÜRK-COSE 2023’də İnformasiya və Telekommunikasiya Texnologiyaları, Təbiət və Tətbiqi Elmlər, Fizika və Texnika Elmləri, Tikinti Texnologiyaları və Mühəndislik, Nəqliyyat və Enerji kimi aktual elm, mühəndislik və texnologiya mövzularına yer veriləcəkdir.

Uğurlu və məhsuldar konqres üçün sizi TURK-COSE 2023’ə dəvət edirik.

 

Hörmətlə,

Prof. Dr. Murat Barut, NOHU-dan həmsədr,

Prof. Dr. Ercan Çelik, KTMU-dan həmsədr,

Prof. Dr. Amdulla Mehrabov, AzZTU-dan həmsədr 

 

Türk dilində çağırış mətni üçün klikləyin.

Qazax dilində çağırış mətni üçün klikləyin.

Azərbaycan dilində çağırış mətni üçün klikləyin.

Qırğız dilində çağırış mətni üçün klikləyin.

İngilis dilində çağırış mətni üçün klikləyin.


Türk dilində poster üçün klikləyin. 

İngilis dilində poster üçün klikləyin


VACİB QEYDLƏR:

TURK-COSE 2023-ün rəsmi dilləri Türk / Qazax / Qırğız / Azərbaycan / İngilis / Rus dilləridir.

• Ən azı 5 müxtəlif ölkədən məruzəçilərin iştirakı ilə ÜZ-ÜZƏ + ONLAYN təqdimatlar keçiriləcəkdir.

 • Qəbul edilmiş, qeydiyyatdan keçmiş və təqdim olunmuş məruzələrin tam mətni və xülasələri müvafiq olaraq ISBN nömrəli Konqres Tezisləri Kitabında (BOOK of PROCEEDINGS) və ISBN nömrəli Konqres Xülasələri Kitabında (BOOK OF ABSTRACTS) dərc olunacaqdır.

• TURK-COSE 2023 Təşkilat Komitəsi tərəfindən seçilmiş genişləndirilmiş/işlənmiş ingilis dilində məqalələr ekspert rəyindən sonra Avrasiya Elm, Mühəndislik və Texnologiya Jurnalında MANAS Mühəndislik Jurnalında dərc olunmaq üçün təklif olunacaq.

• Konqresdə iştirak haqqı: $20 (üz-üzə) və $10 (onlayn). 

 

VACİB TARİXLƏR:

Xülasə təqdimetmə tarixi: 10 avqust 2023-cü il

Tam mətnin təqdim edilməsi üçün son tarix: 10 avqust 2023-cü il

Qəbul haqqında bildiriş üçün son tarix: 15 avqust 2023-cü il

Düzəldilmiş məruzələrin təqdimatı üçün son tarix: 20 avqust 2023-cü il

Müəllifin konqresə qeydiyyatı üçün son tarix: 20 avqust 2023-cü il

 

Konqres tarixi: 15 (Cümə) - 17 (Bazar) sentyabr 2023-cü il