TURK-COSE 2025 Səhifəmizə Xoş Gəlmisiniz!
http://www.ohu.edu.tr/turk-cose-tr
http://www.ohu.edu.tr/turk-cose-kz
http://www.ohu.edu.tr/turk-cose-kg
http://www.ohu.edu.tr/turk-cose-en
https://www.ohu.edu.tr/turk-cose-az
https://www.ohu.edu.tr/turk-cose-al
VII Beynəlxalq Türk Dünyası Təbiət Elmləri və Mühəndislik Konqresi – TURK-COSE 2025, 13–15 noyabr 2025 tarixlərində Kosova–Priştina Biznes və Texnologiya Universitetində, üz-üzə+onlayn iştirak formatında, Azərbaycan Texniki Universiteti (AZTU) – Bakı, Azərbaycan; Qırğız-Türkiyə Manas Universiteti (KTMU) – Bişkek, Qırğızıstan; Ahmet Yesevi Universiteti (AYU) – Türküstan, Qazaxıstan; və Niğdə Ömər Halisdəmir Universiteti (NOHU) – Niğdə, Türkiyə tərəfindən təşkil olunacaqdır.
TURK-COSE 2025, İnformasiya və Telekommunikasiya Texnologiyaları, Təbiət və Tətbiqi Elmlər, Fizika və Texniki Elmlər, Tikinti Texnologiyaları və Mühəndislik, Nəqliyyat və Enerji sahələrini əhatə edən aktual elm, mühəndislik və texnologiya mövzularına fokuslanır.
Uğurlu və səmərəli bir konqres üçün sizi TURK-COSE 2025-ə dəvət edirik.
Ən dərin hörmətlə.
Prof. Dr. Sübhan Namazov, AZTU Co-Chair
Prof. Dr. Murat Barut, NOHU Co-Chair
Prof. Dr. Ercan Çelik, KTMU Co-Chair,
Dr. Aiman Abdullaeva, AYU Co-Chari
VACİB QEYDLƏR:
-
TURK-COSE 2025-in rəsmi dilləri Türkcə / Qazaxca / Qırğızca / Azərbaycan dili / İngiliscə / Rusca olacaqdır.
-
Ən azı 5 fərqli ölkədən iştirakçıların qatılması ilə ÜZ-ÜZƏ + ONLAYN təqdimatlar keçiriləcəkdir.
-
Qəbul olunmuş, qeydiyyatdan keçmiş və təqdim edilmiş məruzələrin tam mətnləri və xülasələri müvafiq olaraq ISBN nömrəli Konqres Məruzələr Kitabında (BOOK of PROCEEDINGS) və ISBN nömrəli Konqres Xülasələr Kitabında (BOOK OF ABSTRACTS) dərc ediləcəkdir.
-
TURK-COSE 2025 Təşkilat Komitəsi tərəfindən seçilmiş ingiliscə məruzələrin genişləndirilmiş/yenidən işlənmiş versiyaları, hakimlik prosesi əsasında aşağıdakı jurnallarda nəşr olunmaq üçün təklif ediləcəkdir:
-
Mathematical Modelling and Numerical Simulation with Applications (SCOPUS ve TRDizin indeksli),
Bulletin of Biomathematics (TR Dizin endeksli)
-
MANAS Journal of Engineering (TRDizin indeksli),
-
Eurasian Journal of Science, Engineering, and Technology (Crossref indeksli).
-
Konqres iştirak haqqı: 20 ABŞ dolları (Üz-üzə) və 10 ABŞ dolları (Onlayn).